b_550_325_16777215_00_images_xeber_sekilleri_29may2018_6c.jpg

Fransız əsilli Martin Fuqatenin nəslindən olan insanlar 200 ildən çoxdur genetik problemə görə dünyaya mavi uşaqlar gətirib.

Martin Fuqate 1820-ci ildə “Kentucy”nin qərbində sakit bir qəsəbə olan “Troublesome Creek”də məskunlaşıb. Evlədiyi Elizabet Smit adlı qadından yeddi uşağı dünyaya gəlib. Amma Martin Fuqatenin heç kimdə olmayan genetik problemi var idi. Bu səbəbdən uşaqlarından dördü mavi dərili doğulmuşdu. Həmin vaxtda 200 il mövcud olan mavidərililər nəslinin təməli qoyulub.
b_550_325_16777215_00_images_xeber_sekilleri_29may2018_2c.jpg

Belə ki, yaşadıqları qəsəbədə insanlar tərəfindən qəribə qarşılanan bu ailə, ancaq qohum evliliyi qurmağa məcbur qalıb. Fuqate ailəsinin və qohumlarının dəri rəngindən başqa heç bir genetik sağlamlıq problemi olmayıb. Hətta, bir çoxu 90 yaşında belə sağlam və gümrah idi. Tək problemləri xarici görünüşləri və bu səbəbdən də duyduqları utanc idi. Cəmiyyət onları qəribə qəbul etdiyi üçün, tamamilə izolyasiya olunmuş həyat yaşayıblar. Hətta, Martin və Elizabetin oglu Zaşanian öz xalası ilə evlənib. Bu da nəsildə olan genetik problemin daha da böyüməsinə zəmin yaradıb.

Fuqates ailəsinin varlığından uzun müddət heç kim xəbərdar olmayıb. Bu cür mavi rəngli bir ailənin varlığı haqqında məlumatı olanlar isə bunu ancaq şəhər əfsanəsi hesab edib. Ta ki, 1975-ci ildə Benjamin Stacy adlı körpə dünyaya gələnə qədər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_29may2018_4c.jpg

Benjamin, Martin və Elizabetin beşinci nəslindən olan nəvəsi idi. O, ulu babası Martin kimi mavi dəri rənginə sahib olub. Uşağı görən həkim və tibb bacıları bu qeyri-adi vəziyyəti insanlara necə açıqlayacaqlarını bilmədikləri üçün, körpəni kənddən uzaqda, şəhər mərkəzindəki xəstəxanaya yerləşdiriblər. Benjaminin nənəsi vəziyyətdən xəbərdar olub və həkimlərə genetik problem haqqında danışıb. Bu körpə 200 illik mavi rəngli ailənin genetik mirasını damarlarında daşıyırdı.

b_550_325_16777215_00_images_xeber_sekilleri_29may2018_3c.jpg

Mavi dərili insanların hekayəsi Madison Cavein adlı həkimin diqqətini çəkib. Həkim, bu ailəni araşdırmaq üçün onların yaşadığı kəndə gedib. Fuqate nəslinin mavi dərili nümayəndəllərini tapan həkim, qan analizi ilə bu problemin səbəbini aşkar edib. Patrik və Raşel cütlüyündən alınan qan nümunələri nəticəsində məlum bolub ki, bu insanlarda “methemoglobinemi” problemi var. Bu xəstəlik dərini maviyə, dodaqları bənövşəyiyə, qanı isə, şokilad rənginə çevirir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_29may2018_5c.jpg

Kimyəvi müalicəllər bu problemi az-çox aradan qaldırsa da, ümumilikdə bu hal genetik idi. Fuqate nəslinin nümayəndələri “diaforaz” enziminin çatışmazlığından əziyyət çəkirdi.

Patrik və Raşelin qan testlərinin nəticəsində ailədəki genetik problemin səbəbi tapılıb. Xəstəliyin nəsildə 200 il ərzində bu qədər yayılmasının səbəbi isə, ailənin qohum evliliyi etməsi olub. Həkim cütlüyün dəri rəngini normal hala gətirmək üçün “metilen” mavisi iynələrlə onları müalicə edib.

7c.jpg

Həkim Caveinin tapdığı müalicənin köməyi ilə Fyqate nəslinin nümayəndəlləri 200 il sonra yenidən cəmiyyətə qarışa bilib. Ailənin ən tanınmış nümayəndəsi isə 2013-cü ildə ölən və “Şirin baba” ləqəbi ilə tanınan Paul Karason olub.

Natavan Abdullayeva
Missiya.Az

 

 

19 Yanvar 2019 BŞBPİ "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yayıb - 2800 nəfər
18 Yanvar 2019 Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18 Yanvar 2019 20 Yanvar günü bu yollar bağlı olacaq
18 Yanvar 2019 Azərbaycanda 100 manat rüşvət alan vergi müfəttişləri həbs edildi
18 Yanvar 2019 Ağsaqqallar Şurası Şəhidlər Xiyabanını ziyarət edib – FOTOLAR
17 Yanvar 2019 İlham Əliyev bir neçə dövlət qurumunu LƏĞV ETDİ - FƏRMAN
17 Yanvar 2019 Rəsulzadənin barelyefini oğurlayan şəxs tutuldu
17 Yanvar 2019 Azərbaycan gəmisi Xəzərdə qasırğaya düşdü - VİDEO
17 Yanvar 2019 Yollar buz bağlayacaq - PROQNOZ
17 Yanvar 2019 Ramil Usubov yeni polis rəisi təyin etdi
17 Yanvar 2019 Azərbaycan-Ermənistan sərhəddində partlayış - Yaralanan var
17 Yanvar 2019 Bakıda parkomatlar sökülür - VİDEO
16 Yanvar 2019 Eldar Əzizovda hava ilə bağlı tapşırıq
16 Yanvar 2019 Mehriban Əliyeva Sarkozi ilə görüşüb
15 Yanvar 2019 AzTV-nin Kiyevdə Kliçko hoqqası və park adına imitasiya - VİDEO/FOTO
15 Yanvar 2019 Arif Alışanov AzTV-dən çıxarıldı - Rəsmi
15 Yanvar 2019 Azərbaycan polisi necə işləyir? - TƏDBİR
15 Yanvar 2019 Gənc oğlanı metorunun yaxınlığında öldürən şəxslərdən XƏBƏR VAR
15 Yanvar 2019 Burnu ilə balabanda ifa edən sabirabadlı hər kəsi heyrətləndirdi - VİDEO
14 Yanvar 2019 İlham Əliyev nazirliyi ləğv etdi - FƏRMAN